“Qarabağ” meydana xüsusi forma ilə çıxdı – Xocalı soyqırımına görə

“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdığı “Səbail”lə oyunda xüsusi forma ilə mübarizə aparıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, “Qarabağ”ın futbolçuları Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı meydana üzərində faciə qurbanlarının sayı (613) və “Justice for Khojaly” (Xocalıya ədalət) sözləri yazılmış xüsusi forma ilə çıxıblar.

Qeyd edək ki, “Qarabağ” “Səbail”lə oyunda 1:0 hesabıyla qalib gəlib.