Futbol üzrə Azərbaycan Birinci Divizionunda 12-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, yeni ildəki ilk turun bütün görüşləri eyni gündə baş tutub.
Açılış matçında “Sabah”ın əvəzediciləri MOİK-lə qarşılaşıb. 4 qolun vurulduğu matçda “Sabah-2” inamlı qələbə qazanıb.
“Zaqatala” doğma meydanda “Kəpəz”dən üstün olub, lider “Turan Tovuz” isə “Keşlə”nin əvəzediciləri ilə bacarmayıb.
Turun son matçında “Neftçi” və “Qarabağ”ın əvəzediciləri üz-üzə gəlib. Paytaxt təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.
Birinci Divizion
12-ci tur
11 fevral
Sabah-2 – MOİK 3:1
Qol: Samir Məhərrəmki, 33. Ramin Məlikov, 77-avtoqol. Kamran Quliyev, 81 – İlyas Səfərzadə, 45+2.
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Tərlan Talıbzadə, İnqilab Məmmədov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 13:00.
Zaqatala – Kəpəz 2:0
Qol: Xəqani Sadıxov, 4. Aleksandr Şemonayev, 54.
Hakimlər: Rəvan Həmzəzadə, Elman Kərimov, Elmin Süleymanov, Rauf Allahverdiyev.
Zaqatala şəhər stadionu, 14:00.
Turan Tovuz – Keşlə-2 0:0
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Teymur Teymurov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu, 14:00.
Qaradağ Lökbatan – Sumqayıt-2 1:0
Qol: Elnur Səmədov, 44.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Rəşad Əhmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu, 14:00.
Neftçi-2 – Qarabağ-2 1:0
Qol: Rauf Hüseynli, 45+2-avtoqol.
Qırmızı vərəqə: Tolqar Yaqubov, 27. (“Qarabağ-2”)
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Kərim Zeynalov, Nicat İsmayıllı.
“Neftçi”nin bazası (4-cü meydança), 15:00.
1 | Turan Tovuz | 12 | 8 | 4 | 0 | 20-5 | 28 |
2 | Sabah-2 | 12 | 7 | 2 | 3 | 22-12 | 23 |
3 | Zaqatala | 12 | 7 | 1 | 4 | 25-15 | 22 |
4 | Neftçi-2 | 11 | 6 | 3 | 2 | 19-10 | 21 |
5 | Qarabağ-2 | 11 | 6 | 1 | 4 | 17-12 | 19 |
6 | Kəpəz | 12 | 4 | 4 | 4 | 17-14 | 16 |
7 | Keşlə-2 | 12 | 3 | 2 | 7 | 14-28 | 11 |
8 | Qaradağ Lökbatan | 12 | 2 | 3 | 7 | 9-19 | 9 |
9 | Sumqayıt-2 | 12 | 2 | 3 | 7 | 14-25 | 9 |
10 | MOİK | 12 | 1 | 3 | 8 | 12-29 | 6 |