“Qarabağ” – “Olimpik”: Start heyətlər açıqlandı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasında Fransanın “Olimpik” (Lion) komandası ilə üz-üzə gələcək.

Arena.az xəbər verir ki, Avroliqanın Liqa mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Artıq komandaların bu oyunda hansı heyətlərlə mübarizə aparacağı da məlumdur:

Avropa Liqası
Liqa mərhələsi, 5-ci tur
28 noyabr

21:45. “Qarabağ” – “Olimpik” (Lion)
Hakimlər: Nenad Minakoviç, Nikola Boroviç, Boşko Bojoviç, Milan Mitiç (Serbiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Mateuş Koxalski, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 18. Olavio Juninyo, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabiyan Buntiç, 2. Mateus Silva, 6. Julio Romao, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Olimpik: 23. Lukas Perri, 3. Nikolas Talyafiko (k), 7. Jordan Veretu, 11. Malik Fofana, 15. Tanner Tessmann, 18. Rayan Şerki, 27. Varmed Omari, 37. Ernest Nuama, 55. Duye Çaleta-Çar, 69. Georgi Mikautadze, 98. Eynsli Meytlend-Nayls.
Ehtiyat oyunçular: 30. Castin Benqi-Joao, 40. Remi Deşam, 6. Maksans Kakre, 8. Korentin Tolisso, 10. Aleksander Lakazette, 16. Abner Vinisius, 17. Səid Benrahma, 19. Mussa Niakate, 20. Sael Kumbedi, 22. Klinton Mata, 29. Entso Molebe, 31. Nemanya Matiç.
Baş məşqçi: Pyer Saj.

Xəbəri istədiklərinizlə paylaşın