Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Olimpiya” matçından öncə mətbuat konfransları və açıq məşqlər baş tutacaq.
Arena.az xəbər verir ki, hər iki komanda son hazırlığını matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda həyata keçirəcək.
Avqustun 30-da, saat 18:30-da ilk olaraq Azərbaycan çempionu meydana çıxacaq. Bundan yarım saat əvvəl baş məşqçi Qurban Qurbanov mətbuat konfransında iştirak edəcək.
Qonaq komandanın açıq məşqi isə 20:00-a planlaşdırılıb. Lyublyana təmsilçisinin baş məşqçisi Joao Enrikes saat 21:20-də media nümayəndələrinin sualarını cavablandıracaq.
Avqustun 31-də keçiriləcək “Qarabağ” – “Olimpiya” matçına saat 20:00-da start veriləcək. Sloveniyada baş tutan ilk qarşılaşmada Azərbaycan çempionu 2:0 hesabı ilə qələbə qazanıb.


