“Qarabağ” özünə aid rekordu təkrarladı

Futbol üzrə cari Azərbaycan çempionu “Qarabağ” Premyer Liqanın 2024/2025-ci illər mövsümündə 60-cı qolu vurub.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna 24-cü turun “Sabah”la görüşündə (1:1) nail olublar.

60-cı topa Abdullah Zubir imza atıb.

Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Ağdam klubu 2003/2004, 2021/2022 və 2023/2024 mövsümlərində də “60”a 24-cü oyununda çatıb. Ötən mövsümdə bu rəqəm hətta 61-ə yüksəlib.

Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1995/1996 mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.

Xəbəri istədiklərinizlə paylaşın