“Qarabağ” – “Qəbələ” matçı 3-15 manata

Premyer Liqanın 31-ci turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, biletləri saat 12:00-dan etibarən iticket.az saytından almaq mümkündür. Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçına saat 16:30-da start veriləcək.