“Qarabağ” – “Rakuv”: Mətbuat konfransı və açıq məşq olacaq

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la “Rakuv” arasındakı cavab oyunu öncəsi mətbuat konfransları baş tutacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, cavab oyunundan öncə Bakıda təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqərin vaxtı məlum olub.

Belə ki, Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 1-də “Azərsun Arena”da baş tutacaq. Tədbirə saat 17:15-də start veriləcək. 17:45-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın baş məşqçisi David Şvarqanın mətbuat konfransı isə 18:30-da başlayacaq. Rəqibin açıq məşqi isə 19:00-dа Bakı Olimpiya Stadionunda reallaşacaq.

Xatırladaq ki, “Qarabağ” “Rakuv”la Polşada baş tutan ilk oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb. Cavab matçı isə avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.