“Qarabağ” – “Styaua”: Öncə Qurbanov, sonra Xaralambus

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun “Qarabağ” – “Styaua” matçından öncə mətbuat konfransları keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan və Rumıniya klubları arasında baş tutacaq matçdan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı yanvarın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Konfrans saat 13:15-də başlayacaq. 17:00-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azərsun Arena”da keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Elias Xaralambusun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Rumıniya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi isə 18:30-da başlayacaq.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Styaua” görüşünə saat 21:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: