Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri sabah satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu matçın biletləri oyun günü saat 11:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq. Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər iticket.az-da onlayn, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 19:00-da start veriləcək.
Xatırladaq ki, “Qarabağ” Premyer Liqada 23 turdan sonra 51 xalla vahid liderdir. Ağdam klubunun ehtiyatda təxirə salınmış bir oyunu da var. “Sumqayıt” isə 36 xalla ikincidir.



