“Qarabağ” titul sayında “Neftçi”yə çatdı, rekord təkrarlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün çempionu olan “Qarabağ” tarixinin 18-ci titulunu qazanıb. Arena.az xəbər verir ki, Ağdam klubu 10-cu dəfə ölkə çempionatının qızıl medallarına sahib çıxıb.

“Ağ-göylər” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 və 2021/2022 mövsümlərində də bu titulu əldə edib.

“Qarabağ”ın hesabında 7 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022) və bir Super Kubok (1993) da var.

Ağdamlılar bununla da titul sayında Azərbaycan rekordunu təkrarlayıb.

Bundan əvvəlki rekord “Neftçi”yə məxsus idi. Paytaxt təmsilçisinin də hesabında 18 titul var. Bakı klubu tarixi ərzində 9 çempionluq, 6 kubok, 2 Super Kubok və 1 “Birlik kuboku” qazanıb.