“Qarabağ” üçün Çempionlar Liqasında ilk rəqib: “Linkoln”!

“Qarabağ”ın UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkatmada mərhələnin 15 cütü müəyyənləşib. Püşk Ağdam klubunun bəxtinə Cəbəllütariq təmsilçisi “Linkoln”u çıxarıb. Azərbaycan çempionu püşkə əsasən “cırtdan” ölkə təmsilçisi ilə ilk matçını səfərdə, cavab görüşünü evdə keçirəcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 11/12 iyul və 18/19 iyulda keçiriləcək.

UEFA Çempionlar Liqası

İlkin mərhələ

“Atletik” (Andorra) – “Buduçnost” (Monteneqro)
“Tre Penne” (San Marino) – “Breydablik” (İslandiya)

Birinci təsnifat mərhələsi

“Hakken” (İsveç) – TNS (Uels)
“Balkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan)
“Şemrok Rovers” (İrlandiya) – İlkin mərhələnin qalibi
“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya)
“Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan)
“Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya)
HJK (Finlandiya) – “Larne” (Şimali İrlandiya)
“Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan)
“Rakuv” (Polşa) – “Flora” (Estoniya)
“Slovan” (Slovakiya) – “Svift” (Lüksemburq)
“Farul” (Rumıniya) – “Şerif” (Moldova)
“Hamrun Spartans” (Malta) – “Makkabi” (Hayfa, İsrail)
“Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina)
“Partizani” (Albaniya) – BATE (Belarus)
“Astana” (Qazaxıstan) – “Dinamo” (Tiflis, Gürcüstan)

Xəbəri sosial şəbəkələrdə paylaş: