“Qarabağ” Ukrayna klubuna 13 topluq fərqlə uduzdu

Azərbaycanın həndbol üzrə qadınlardan ibarət “Qarabağ” komandası bu gün növbəti avrokubok oyununu keçirib.

Arena.az xəbər verir ki, təmsilçimiz Avropa Kubokunun 3-cü mərhələsində ilk matça çıxıb.

Bakı klubu Ukrayna təmsilçisi “Qaliçanka” ilə üz-üzə gəlib. Rəqib komandanın meydan sahibi sayıldığı görüş “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutub. Matçın ilk yarısından təşəbbüsü ələ alan ukraynalılar görüşdə 13 top fərqi ilə qələbə qazanıblar – 33:20.

Qeyd edək ki, komandalar arasında cavab görüşü də “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunacaq. Sabah baş tutacaq qarşılaşma saat 12:00-da başlayacaq. “Qarabağ” bu oyunun meydan sahibi olacaq.

Avropa kuboku
3-cü mərhələnin ilk oyunu
16 noyabr

“Qaliçanka” (Ukrayna) – “Qarabağ” (Azərbaycan) 33:20
“Kür” Olimpiya İdman-Tədris Mərkəzi.