Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Zirə” və “Sabah” klubularının dünya reytinqindəki yeni mövqeləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.
507 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb. Söhbət “Qarabağ”, “Zirə” və “Sabah”dan gedir. Əvvəlki siyahılarda yer alan “Neftçi” bu dəfə ən yaxşı 507 arasına da düşə bilməyib.
Yenilənmiş reytinqə əsasən, Ağdam təmsilçisi 167,25 xalla 60-cı yerdən 72-ci yerə düşüb.
“Zirə” də 18 pillə geriləyib. Ötən ay 201-ci pillədə yer almış Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda hazırda 219-cudur. Komandanın hesabında 94,25 reytinq xalı var.
“Sabah” isə 59,5 xalla 423-cü sıraya düşüb. Paytaxt təmsilçisi də ötən ay 411-ci idi.
Qeyd edək ki, dünya reytinqinə İspaniya La Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Real” (414 xal) başçılıq edir. İngiltərə təmsilçisi “Mançester Siti” (386 xal) ikinci, Almaniyanın “Bayer” (368 xal) kollektivi üçüncüdür.
- Real (İspaniya) – 414
- Mançester Siti (İngiltərə) – 386
- Bayer (Almaniya) – 368
- Atalanta (İtaliya) – 339
- Atletiko Mineyro (Braziliya) – 297
- Botafoqo (Braziliya) – 287
- Barselona (İspaniya) – 280
- Flamenqo (Braziliya) – 279
- Liverpul (İngiltərə) – 277
- Borussiya (Dortmund, Almaniya) – 276
- Arsenal (İngiltərə) – 275
- İnter (İtaliya) – 273
- Atletiko (Madrid, İspaniya) – 262
- Sportinq (Lissabon, Portuqaliya) – 260
- PSJ (PSJ) – 250
- Fiorentina (İtaliya) – 249,5
- Bayern (Almaniya) – 246
- Benfika (Portuqaliya) – 243
- Roma (İtaliya) – 242
- Latsio (İtaliya) – 241