“Qarabağ” və “Zirə” heç-heçəyə razılaşdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Qarabağ” və “Zirə” komandaları bu gün yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, Qurban Qurbanov və Rəşad Sadıqovun yetirmələri “Azərsun Arena”da qarşılaşıb.

Komandalar bu oyundan heç-heçə ilə ayrılıblar. Tərəflər hərəyə 1 qolla kifayətləniblər.

Yoxlama oyunu
4 sentyabr

Qarabağ – Zirə 1:1
Qollar: Xayme Romero, 32 – Ağabala Ramazanov, 36