Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Premyer Liqanın 2023/2024 mövsümünün geridə qalmış 27 turunda 71 qol vurub.
Arena.az xəbər verir ki, bu, ölkə çempionatları tarixində son 25 ilin rekordudur.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/1999 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.
Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/1097 mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.
Xatırladaq ki, “Qarabağ” Azərbaycan çempionatının cari mövsümündə 27 oyuna topladığı 66 xalla vahid liderdir.