“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki növbəti məğlubiyyəti Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.
Arena.az xəbər verir ki, avrokuboklarda bu həftə baş tutan oyunlardan sonra ölkələrin UEFA reytinqində dəyişikliklər olub.
Bəzi ölkələrin xal hesabları və mövqeləri dəyişib. Bu, Azərbaycandan da yan ötməyib.
Avropa Liqasında oynayan “Qarabağ” ötən gün öz meydanında İsveç təmsilçisi “Malmö”yə uduzub – 1:2. Bununla da Azərbaycanın xal hesabı dəyişməz qalıb. Hesabında 19,125 xal olan ölkəmiz Avropada 28-cidir. Bir pillə geriləyən ölkəmiz Bolqarıstanı özündən önə buraxıb. Ötən həftə Ağdam təmsilçisi “Tottenhem”ə 0:3 hesabı ilə uduzanda Rumıniyadan geri düşən Azərbaycan yenidən mövqeyini əldən verib.
Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
İki pillə irəliləyən İsveç isə Slovakiya və Macarıstanı arxada qoyub. Bundan başqa, Qazaxıstan Bosniya və Herseqovinanı, Latviya İslandiyanı, İrlandiya Kosovonu, Yunanıstan Danimarkanı keçib.
Reytinq cədvəlinə yenə İngiltərə (92,446) başçılıq edir. İtaliya (81,481) ikinci, İspaniya (75.703) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (74,703) dördüncü, Fransa (61,379) isə beşinci sıradadır. Türkiyə 37,300 balla 10-cu sırada yer alır.
yer | Ölkə | 20/21 | 21/22 | 22/23 | 23/24 | 24/25 | reytinq |
1 | İngiltərə | 24.357 | 21.000 | 23.000 | 17.375 | 6.714 | 92.446 |
2 | İtaliya | 16.285 | 15.714 | 22.357 | 21.000 | 6.125 | 81.481 |
3 | İspaniya | 19.500 | 18.428 | 16.571 | 16.062 | 5.142 | 75.703 |
4 | Almaniya | 15.214 | 16.214 | 17.125 | 19.357 | 6.375 | 74.285 |
5 | Fransa | 7.916 | 18.416 | 12.583 | 16.250 | 6.214 | 61.379 |
6 | Niderland | 9.200 | 19.200 | 13.500 | 10.000 | 4.666 | 56.566 |
7 | Portuqaliya | 9.600 | 12.916 | 12.500 | 11.000 | 7.000 | 53.016 |
8 | Belçika | 6.000 | 6.600 | 14.200 | 14.400 | 5.200 | 46.400 |
9 | Çexiya | 6.600 | 6.700 | 6.750 | 13.500 | 6.900 | 40.450 |
10 | Türkiyə | 3.100 | 6.700 | 11.800 | 12.000 | 3.700 | 37.300 |