“Qarabağ”dan “Neftçi”yə 4 cavabsız qol – Azərbaycan Kubokunda

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk olaraq “Neftçi” əzəli rəqibi “Qarabağ”ı qəbul edib.

“Neftçi Arena”da keçirilən bu qarşılaşmanı Rəvan Həmzəzadə idarə edib.

Sözügedən komandalar bu günə qədər kubokda 21 dəfə üz-üzə gəlmişdilər. Bunların 10-da Ağdam təmsilçisi, 5-də paytaxt klubu qələbəyə sevinmişdisə, 6 matçda heç-heçə qeydə alınmışdı.

Ağdam təmsilçisi ölkə kubokundakı son 5 görüşdə rəqibinə uduzmamışdı, “Neftçi” isə axırıncı 3 oyunda qol vurmamışdı.

Bu oyunda da ənənə pozulmayıb. “Qarabağ” rəqibinə səfərdə 4 cavabsız qolla qalib gəlməklə cütün taleyini demək olar ki, ilk matçda həll edib.

Qeyd edək ki, yarımfinal mərhələsinin “Zirə” – “Qəbələ” dueli sabah – aprelin 3-də baş tutacaq.

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

Azərbaycan Kuboku

Yarımfinalın ilk oyunu
2 aprel

“Neftçi” – “Qarabağ” 0:4
Qollar: Toral Bayramov, 14-pen; 29. Marko Yankoviç, 37. Nəriman Axundzadə, 86.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov.
Bakı. “Neftçi Arena”.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 9. Andre Şinyaşiki, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.