Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsindəki rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Avroliqanın Liqa mərhələsinin püşkü bu gün Monakoda atılıb.
Liqa mərhələsində 36 komanda mübarizə aparacaq. Hər komanda 8 oyuna çıxacaq. 3-cü səbətdə yer almış Ağdam klubu “Ayaks” (Niderland), “Tottenhem” (İngiltərə), “Olimpik” (Lion, Fransa), “Olimpiakos” (Yunanıstan), “Malmo” (İsveç), “Bodo Qlimt” (Norveç), “Styaua” (Rumıniya) və “Elfsborq”a (İsveç) rəqib olub. “Qarabağ” “Ayaks”, “Olimpik” (Lion), “Malmö” və “Styaua” ilə evdə üz-üzə gələcək. “Tottenhem”, “Olimpiakos”, “Bodo Qlimt” və “Elfsborq”la qarşılaşmalar isə səfərdə baş tutacaq.
Türkiyənin bu turnirdəki təmsilçiləri – “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”ın da rəqibləri müəyyənləşib.
8 turdan sonra ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yerlərin sahibləri isə pley-offa yüksələcəklər. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.
Qeyd edək ki, Avropa Liqasında Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.
2024-cü il
1-ci tur: 25-26 sentyabr
2-ci tur: 3 oktyabr
3-cü tur: 24 oktyabr
4-cü tur: 7 noyabr
5-ci tur: 28 noyabr
6-cı tur: 12 dekabr
2025-ci il
7-ci tur: 23 yanvar
8-ci tur: 30 yanvar
Avropa Liqası
Liqa mərhələsi
1-ci səbətdə yer alan komandaların rəqibləri:

2-ci səbətdə yer alan komandaların rəqibləri:

3-cü səbətdə yer alan komandaların rəqibləri:

4-cü səbətdə yer alan komandaların rəqibləri:



