“Qarabağ”ın “Bayer”lə oyunlarının başlama saatı açıqlandı

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə oyunlarının başlama saatı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu komandalar arasında ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İlk oyuna saat 21:45-də start veriləcək.

Cavab oyunu isə martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.

Xatırladaq ki, “Bayer” “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi 1/8 finala, Azərbaycan çempionu isə qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb.