“Qarabağ”ın ÇL-dəki mümkün rəqiblərinin oyununda 1 qol

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündəki mümkün rəqibləri arasında ilk oyun keçirilib.

Arena.az xəbər verir ki, bu gün avrokubokların 2024/2025 mövsümünə start verilib.

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 6 matç baş tutub.

Yeni mövsüm Litvada keçirilən qarşılaşma ilə başlayıb. Yerli “Panevejis” komandası Finlandiyanın HJK kollektivini qəbul edib və 3 cavabsız qolla qalib gəlib.

“Qarabağ”ın növbəti mərhələdəki mümkün rəqiblərinin ilk oyunu isə Maltada baş tutub. Ada ölkəsinin çempionu “Hamrun Spartans” Cəbəllütariq təmsilçisi “Linkoln”u öz meydanında qəbul edib və minimal hesabla məğlub olub. Bu komandalar arasında cavab oyunu iyulun 16-da baş tutacaq.

Xatırladaq ki, Azərbaycan çempionu ilk raunddan azaddır. Ağdam klubu ilə bu cütün qalibi arasında matçlar iyulun 23-24-də və 30-31-də keçiriləcək.

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına sabah yekun vurulacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
9 iyul

“Panevejis” (Litva) – HJK (Finlandiya) 3:0

“Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllüttariq) 0:1

TNS (Uels) – “Deçiç” (Monteneqro) 3:0

“Santa Koloma” (Andorra) – “Balkani” (Kosovo) 1:2

“Vikinqur” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya) 0:0

“Virtus” (San Marino) – “Styaua” (Rumıniya) 1:7