Azərbaycan çempionu “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu Avropa Liqasının 3-cü raundunda Finlandiyanın HJK komandası ilə qarşılaşacaq.
Ağdam klubu bu rəqibini keçə bilməsə, mübarizəni Avropa Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.
Belə olan halda Qarabağ” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” – HJK cütünün məğlubu bu komandalardan birinə qarşı ilk matçını səfərdə keçirəcək.
Xatırladaq ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab görüşləri isə ayın 31-də baş tutacaq. Avropa Liqasının və Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin oyunları isə 10 və 17 avqustda keçiriləcək.