“Qarabağ”ın “Ludoqorets”lə oyunlarının hakimləri bəlli oldu

“Qarabağ” və “Ludoqorets” arasında keçiriləcək UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı ilk görüş İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Xatırladaq ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin “Linkoln” komandasını mübarizədən kənarlaşdırıb. Bolqarıstan çempionu isə Belarusun “Dinamo” (Minsk) komandasından güclü olub.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

6 avqust

20:00. “Qarabağ” – “Ludoqorets”
Baş hakim: Urs Şnider (İsveçrə)
Baş hakimin köməkçiləri: Marko Zürxer, Benjamin Zürxer (İsveçrə)
Dördüncü hakim: Sven Volfensberger (İsveçrə)
VAR hakimləri: Fedayi San, Yohannes von Mandax (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

13 avqust

22:00. “Ludoqorets” – “Qarabağ”
Baş hakim: Simone Sozza (İtaliya)
Baş hakimin köməkçiləri: Corco Peretti, Davide İmperiale (İtaliya)
Dördüncü hakim: Matteo Marketti (İtaliya)
VAR hakimləri: Canluka Aureliano, Marko Serra (İtaliya)
Razqrad. “Ludoqorets Arena”.