“Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi danışdı – VİDEO

“Qarabağ” Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcəyi matçdan əvvəl maraqlı paylaşım edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun “Facebook” hesabındakı videoda daxili çempionatda “Neftçi”yə qarşı ilk qolun müəllifi Zaur Qarayevin fikirləri yer alıb.

52 yaşlı keçmiş yarımmüdafiəçi həmin anları belə xatırlayıb: “Azərbaycan çempionatında “Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifiyəm. 1992-ci il sentyabrın 26-dakı oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirdi. Səttar Əliyevin ötürməsindən sonra qol vurdum. “Qarabağ” və “Neftçi” 80 dəfə qarşılaşıb. “Qarabağ” 30 qələbə qazanıb, 90 qol vurub. Bu gün hər şey fərqlidir. Dəyişməyən məkandır”.

Qeyd edək ki, fevralın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa saat 18:30-da start veriləcək.