“Qarabağ”ın oyunu FİFA referisinə tapşırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun iki oyunu üçün bütün təyinatlar açıqlanıb.

Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Səbail” – “Qarabağ” matçını FİFA referisi Əliyar Ağayev idarə edəcək.

İlk oyun gününün digər matçı – “Sumqayıt”la “Qəbələ”nin görüşü isə Vüqar Həsənliyə həvalə olunub.

Qeyd edək ki, tura aprelin 17-də keçiriləcək “Neftçi” – “Zirə” və “Keşlə” – “Sabah” oyunları ilə yekun vurulacaq. Bu iki qarşılaşma üçün təyinatlar sabah açıqlanacaq.

Azərbaycan Premyer Liqası
23-cü tur
16 aprel

“Səbail” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”, 18:00.

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“Sumqayıt Arena”, 20:15.