Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 1-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə 9 qarşılaşma baş tutacaq.
Azərbaycanlı azarkeşlərin səbirsizliklə gözlədiyi “Tottenhem” – “Qarabağ” matçı ilə yanaşı, maraqlı oyunlardan biri İtaliyada keçiriləcək. “Roma” klubu doğma meydanda İspaniyanın “Atletik” komandasına qarşı oynayacaq.
“Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”i “Olimpiakos”la Fransada üz-üzə gələcək. Rumıniya təmsilçisi “Styaua” evdə Latviyanın RFS komandası ilə görüşəcək. “Ayaks” (Niderland) doğma meydanda “Beşiktaş”ı (Türkiyə), “Malmö”(İsveç) isə “Reyncers”i (Şotlandiya) qəbul edəcək.
Qeyd edək ki, Avropa Liqasında Liqa mərhələsinin 2-ci turuna oktyabrın 3-də start veriləcək.
Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
26 sentyabr
20:45. “Fənərbaxça” (Türkiyə) – “Yunion” (Belçika)
20:45. “Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya)
23:00. “Roma” (İtaliya) – “Atletik” (İspaniya)
23:00. “Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə)
23:00. “Ayntraxt” (Almaniya) – “Viktoriya” (Plzen, Çexiya)
23:00. “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
23:00. “Braqa” (Portuqaliya) – “Makkabi” (Təl-Əviv, İsrail)
23:00. “Olimpik” (Lion, Fransa) – “Olimpiakos” (Yunanıstan)
23:00. “Styaua” (Rumıniya) – RFS (Latviya)