“Ayaks” niderlandlı mərkəz hücumçusu Vaut Veqhorstu “Börnli”dən tamhüquqlu keçid əsasında öz düşərgəsinə qatıb.
Arena.az bu barədə Niderland nəhənginin mətbuat xidmətinə istinadən məlumat verir.
Keçid Amsterdam klubuna 2,38 milyon avro məbləğ müqabilində başa gəlib. Niderlandlı futbolçu ölkəsinin futbol nəhəngi il müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Hücumçu yeni komandasının heyətində 25 nömrə altında çıxış edəcək.
Vaut Veqhorst karyerası ərzində “Emmen”, “Herakles”, “Alkmar”, “Volfsburq”, “Börnli”, “Beşiktaş”, “Mançester Yunayted” və “Höffenhaym”da çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümünü “Hoffenhaym”da icarədə keçirmiş Veqhorst “kəndçilər”in heyətində bütün yarışlarda 30 oyuna 7 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Vaut Veqhorst 2018-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 39 oyun keçirib, 12 qol vurub və 2 məhsudlar ötürmə verib.
Vaut Veqhorstun qənimətlər muzeyində “Mançester Yunayted”lə qazandığı İngiltərə Liqa Kuboku (2023) var.
“Transfermarkt” internet-portalı 32 yaşlı niderlandlı mərkəz hücumçusunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Ayaks” Avropa Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir.