“Qarabağ”ın rəqibi üçün səfər sınağı – Avropa Liqasında

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 3-cü tura start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ”ın iki rəqibi səfər sınağına çıxacaq. İsveç təmsilçisi “Elfsborq” Türkiyədə “Qalatasaray”la görüşəcək. Norveçi təmsil edən “Bodo Qlimt” isə Portuqaliyada “Braqa”nın qonağı olacaq.

Hər iki qarşılaşmaya Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.

Qeyd edək ki, Avroliqanın Liqa mərhələsinin 3-cü turuna sabah keçiriləcək matçlarla yekun vurulacaq. Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Niderland nəhəngi “Ayaks”la üz-üzə gələcək.

“Qarabağ” noyabrın 7-də “Bodo Qlimt”in, dekabrın 11-də isə “Elfsborq”un qonağı olacaq.

Avropa Liqasında Liqa mərhələsinin 4-cü turunun matçları noyabrın 7-də təşkil olunacaq.

Avropa Liqası
Liqa mərhələsi, 3-cü tur
23 oktyabr

18:30. “Qalatasaray” (Türkiyə) – “Elfsborq” (İsveç)
18:30. “Braqa” (Portuqaliya) – “Bodo Qlimt” (Norveç)

Xəbəri sosial şəbəkələrdə paylaş: