“Qarabağ”ın rəqibləri “Malmö” və “Elfsborq”dan 7 qol

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibləri – “Malmö” və “Elfsborq” İsveç çempionatında növbəti oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, sözügedən komandalar 21-ci turda matçlarını müvafiq olaraq evdə və səfərdə keçiriblər.

“Malmö” doğma meydanda “Yurqorden”i dörd cavabsız qolla üstələyib – 4:0.

“Elfsborq” isə səfərdə “Brommapoykarna” ilə məhsuldar heç-heçəyə razılaşıb – 3:3.

21 turdan sonra “Malmö” 48 xalla liderdir. “Elfsborq” isə 33 xalla 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” “Malmö” ilə oktyabrın 3-də evdə, “Elfsborq”la dekabrın 11-də səfərdə qarşılaşacaq.