Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 19-cu tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “Turan Tovuz”la “Qarabağ”ın əvəzediciləri üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanan tərəf olub.
Günün digər matçı “Qaradağ Lökbatan”la “Keşlə”nin əvəzediciləri arasında baş tutub. Bu oyunda isə qonaqlar minimal hesabla üstün olublar.
Birinci Divizion
19-cu tur
1 aprel
Turan Tovuz – Qarabağ-2 2:1
Qol: Vidadi Cəfərov, 18; 64 – Sultan Mustafayev, 59.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Tovuz şəhər stadionu, 15:00.
Qaradağ Lökbatan – Keşlə-2 0:1
Qol: Emin Quliyev, 48.
Hakimlər: Rəşad Əhmədov, Elman Kərimov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
2 aprel
Neftçi-2 – MOİK
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov.
“Neftçi” klubunun bazası (4-cü meydança), 15:00.
Sabah-2 – Zaqatala
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Vüqar Həsənli.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00.
3 aprel
Sumqayıt-2 – Kəpəz
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Elmin Süleymanov, Nicat İsmayıllı.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00.


