Qaret Sautqeyt daha 3 il İngiltərə millisində!

Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt ilə müqavilənin müddəti artırılıb. Arena.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2024-cü ilin dekabrına qədər uzadılıb. İngilis məşqçi ilə yanaşı, köməkçisi Stiv Hollandla da yeni sözləşmə imzalanıb.

Qaret Sautqeyt 2016-cı ilin sentyabr ayından İngiltərə yığmasını çalışdırır. Onun rəhbərlik etdiyi yığma komanda DÇ-2018-in yarımfinalında, AÇ-2020-nin finalında oynayıb. 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində isə İngiltərə millisi qrup lideri kimi mundiala vəsiqə qazanıb.

İngiltərə milli komandası Sautqeytin dönəmində 68 matça çıxıb. 44 qələbə qazanan yığma 14 heç-heçə edib, cəmi 10 görüşdə məğlubiyyətlə üzləşib.

Sautqeyt 2013-2016-cı illər aralığında İngiltərənin U-21 yığmasını da çalışdırıb.