Qaret Sautqeyt İngiltərə yığmasından ayrılmasını şərh etdi

İngilis mütəxəssis Qaret Sautqeyt İngiltərə yığmasının baş məşqçisi vəzifəsindən ayrılması ilə bağlı qərarını təsirli surətdə şərh edib.

Arena.az jurnalsit Ben Ceykobsa istinadən, Sautqeytin bu barədə fikirlərini təqdim edir:

“Mənim üçün qürurlu bir ingilis kimi İngiltərədə oynamaq və yığmanı idarə etmək həyatımın şərəfi olub. Bu, mənim üçün hər şey demək idi və mən buna bütün güc-qüvvəmi verdim. Ancaq dəyişiklik və yeni bir fəsil üçün zaman gəldi. Bazar günü Berlində İspaniya yığmasına qarşı keçirilmiş final oyunu mənim İngiltərə yığmasının baş məşqçisi kimi son oyunum oldu.

2011-ci ildə İngiltərə Futbol Assosiasiyasına qoşuldum, İngiltərə futbolunu inkişaf etdirməyə qərar verdim. Bu müddət ərzində, o cümlədən səkkiz il İngiltərə yığmasının baş məşqçisi qismində, mənə, həqiqətən minnətdar olduğum bəzi gözəl insanların dəstəyi oldu.

102 oyunda böyük bir oyunçu dəstəsinə rəhbərlik etmək şərəfinə nail oldum. Onların hər biri “üç şirin” formasını geyinməkdən qürur duyur və bir çox cəhətdən öz ölkələrinin fəxridirlər. Almaniyaya apardığımız komanda gənc istedadlarla doludur və onlar hamımızın arzuladığımız kuboku qazana bilərlər. Mən onlarla çox fəxr edirəm.

Dünyanda ən yaxşı azarkeşlərimiz var və onların dəstəyi mənim üçün hər şey deməkdir. Mən İngiltərə yığmasınını pərəstişkarıyam və həmişə də olacağam. Mən, oyunçuların daha da xüsusi xatirələr yaratmağa, birləşdirməyə və bacardıqları qədər milləti ruhlandırmağa davam etməsini izləmək və qeyd etməyi səbirsizliklə gözləyirəm. Hər şey üçün təşəkkür edirəm, İngiltərə”, deyə Sautqeyt duyğusalcasına bildirib.

Xatırladaq ki, bir qədər əvvəl ingilis mütəxəssisin İngiltərə yığmasının baş məşqçisi vəzifəsindən ayrıldığı məlum olub.

Sauqeyt İngiltərə yığmasının sükanı arxasına 2016-cı ilin sentyabrında keçib. İngilis mütəxəssisin “üç şir”lə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədə idi.

Rəhbərliyi müddətində Sautqeyt İngiltərə yığmasını 102 oyuna çıxarıb. O, bu oyunlarda 64 qələbə, 20 heç-heçə və 18 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:86 nisbətindədir.

Sautqeytin İngiltərə yığmasından ayrılmaq qərarına isə Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatının final oyununda İspaniya yığmasına 1:2 hesablı məğlubiyyətin böyük təsir göstərdiyi vurğulanır.