Qari Nevill: “Aman tanrım, Mudrik nə gündədir?!”

“Mançester Yunayted”in keçmiş oyunçusu Qari Nevill “Çelsi”nin ukraynalı vingeri Mixaylo Mudriki sərt tənqid edib.

Arena.az “Metro”ya istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın “Çelsi”nin məğlub etdiyi matçda (4:1) “zadəganlar”ın futbolçusunun oyun keyfiyyətindən heç də razı qalmayıb:

“Aman tanrım, biz bunu birinci hissədə nə qədər gördük? Nə haldır, o, elə ağırdır ki, sanki topla donub. Onun topa toxunuşları necəsə inanılmazdır. Bu, inam məsələsidir, doğrusu, inamın yoxluğu deməkdir.

Görünür, o, topu qəbul edərkən topla necə rəftar edəcəyi haqda heç bir təsəvvürə malik deyildi. Bütün bunlar onun başında bir qədər tez baş verməlidir”.

Xatırladaq ki, bir müddət əvvəl Mudrikin adı cari mövsümdə Premyer Liqanın ən pis 10 transferi siyahısına daxil edilib. “Zadəganlar” bu ilin yanvarında onu Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan 70 milyon avroya transfer ediblər. Amma Ukrayna milli komandasının 22 yaşlı sol cinah vingeri London təmsilçisinin heyətində meydana çıxdığı 17 oyunda cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mudrik daha öncə Kiyev “Arsenal”ında (10 oyun), “Desna”da (Çerniqov, 11 oyun) və “Şaxtyor”da (44 oyun, 12 qol, 17 asist) oynayıb. O, Ukrayna millisində də 9 oyun keçirib.