Qari Nevill MY-ni tənqid etdi, “Liverpul”u təriflədi

İngiltərənin “Mançester Yunayted” klubunun keçmiş müdafiəçisi Qari Nevill “qırmızı şeytanlar”ın hazırkı heyətini tənqid edib.

Arena.az ingilis təhlilçinin bu barədə fikrini təqdim edir:

“Keçmişdə layiqli nəticələrə və liqada yüksəlməyə görə ən yaxşı oyunçulara sahib olduğunuzu düşünüb aldandığınız vaxtlar olub. Amma onlar hər cəhətdən çox uzaqdırlar”, deyə Nevill vurğulayıb.

Qari Nevill “Liverpul”un cari mövsümdəki çıxışı ilə də bağlı təəssüratını paylaşıb. O, həmçinin Arne Slotun komandasını bir vaxtlar özünün oynadığı “qırmızı şeytanlar”ın komandası ilə müqayisə edib.

“Ola bilsin ki, indiki “Liverpul”da mənə oynadığım “Mançester Yunayted”i xatırladan məqamlar var. Bu “Liverpul” komandası müstəqil düşüncəyə və oyunun nəyə ehtiyacı olduğunu başa düşməyə malikdir. Bu, mənə o “Mançester Yunayted”i və “Liverpul”un bu mövsüm düşündüyümdən daha yaxşı çıxış etdiyini xatırladan bir xüsusdur”, deyə Nevill bildirib.

Xatırladaq ki, “Liverpul” Arne Slotun rəhbərliyi altında bu mövsüm Premyer Liqada keçirdiyi 16 oyunda 39 xal toplayıb və yarış cədvəlinin zirvəsində qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. “Qırmızılar”ın ən yaxın izləyiciləri 35 xalı olan “Çelsi” və 33 xala malik “Arsenal”dır. Amma London təmsilçiləri “Liverpul”dan bir oyun çox keçiriblər.

Son illər uğursuz nəticələri ilə diqqət mərkəzində olan, cari mövsümdə daha da bərbad çıxış edən “Mançester Yunayted” isə 17 oyunda 6 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. “Qırmızı şeytanlar” 22 xalla 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıblar.

Xəbəri istədiklərinizlə paylaşın