Qari Nevill: “Tottenhem” MS-dən daha əhəmiyyətli klubdur”

“Mançester Yunayted”in ingilis keçmiş müdafiəçisi, hazırda futbol təhlilçisi olaraq çalışan Qari Nevill açıqlaması ilə diqqət çəkib.

Arena.az “City Xtra” dərgisinin “Sky Sports” dərgisinə istinadı əsasında məlumat verir ki, Nevill “Tottenhem”in tarixi baxımdan “Mançester Siti”dən daha üstün oludğunu bildirib:

“Tottenhem” “Mançester Siti”dən daha əhəmiyyətli klubdur, gəlin, səmimi olaq. Bu, müzakirə edilmir. “Mançester Siti” Əbu-Dabidən olan şeyxlərin idarəsi altına keçəndə, “Tottenhem” daha nəhəng futbol klubu idi. Odur ki, “Tottenhem”in tarixən “Mançester Siti”dən daha əhəmiyyətli olmadığı haqda bəyanat – tamamilə cəfəngiyyatdır”, deyə Qari Nevill “şəhərlilər”in “nöqtəsini qoyub”.

25 oyundan topladığı 44 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşb. “Tottenhem” isə 30 xalla 12-ci pillədədir.

Premyer Liqaya 60 xalla “Liverpul” başçılıq edir.