Qaspar Panadero “Qarabağ”dan ayrıldı, AEK-ə üz tutdu

“Qarabağ”ın futbolçusu Qaspar Panadero Kiprin AEK klubuna icarəyə verilib. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Əldə olunmuş razılığa əsasən, ispaniyalı yarımmüdafiəçi mövsümün sonuna qədər AEK-də çıxış edəcək.

Qeyd edək ki, Qaspar Panadero 2021-ci ilin avqustunda “Qarabağ”a transfer olunmuşdu. Lakin o, Ağdam təmsilçisinin əsas komandasında möhkəmlənə bilmədiyi üçün əvəzedici heyətə göndərilmişdi.