Qasperini “Atalanta”nın “İnter”ə darmadağınına aydınlıq gətirdi

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasının 21-ci turundan təxirə salınmış “İnter”lə səfər oyununu şərh edib.

Arena.az “La Gazetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, italyan mütəxəssis 0:4 hesabıyla uduzduqları oyundan sonra bunları dilə gətirib:

“Birinci hissə yaxşı keçdi. Heç ikinci hissəni də pis adlandıra bilmərəm, sadəcə olaraq, buraxdığımız qollardan sonra əvəzetmələr başladı və oyun bizim üçün məşqə çevrildi. Üçüncü qolun məşqdə vurulacağını belə, düşünmürəm. Bu, A Seriyasının oyunu deyildi, baxmayaraq ki, mən yaxşı olduğumuzu hiss etdim. Əlbəttə ki, nəticəsini görmək istəyirdim, amma bu, bu dəfə yox idi.

Möhtəşəm “İnter”ə qarşı oynadıq, amma çox anormal bir oyunda. Bunun anomaliya olduğunu hiss etmədiniz? Bəlkə də bunu tək mən hiss etdim… Bu oyunu arxivdə saxlayırıq və növbəti oyuna hazırlaşırıq”, deyə Qasperini bildirib.

26 turdan sonra “İnter” 69 xalla A Seriyasının yarış cədvəlinə başçılıq edir. “Atalanta” isə 46 xalla 5-ci pillədə qərarlaşıb.