“Roma”nın baş məşqçisi Can Pyero Qasperini “canvarlar”la ilk məşqindən doğan təəssüratını paylaşıb, transfer bazarı ilə bağlı danışıb.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, 67 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bəli, yüngülcə həyəcanım var. Transferlərlə bağlı bəzi fəsadlarımız vardı, buna görə də biz cədvəlimizdən geri qalırıq. Mümkün olduqa tez bir müddətdə əldən buraxdığımızı qaytarmalıyıq. Amma çətin olacaq. Mən yeni transferlər gözləyirəm, sahibkarlar mənimlə razılaşıblar.
“Roma”ya sürətlənmək gərəkdir. İmzalamaq istədiyimiz oyunçuların siyahısı var: onlar gəncdirlər, şux və qüvvətlidirlər. Əminliklə deyə bilərəm ki, klub boşluqları doldurmaq üçün iş üzərində çalışır. Mən transfer bazarının tələblərini başa düşürəm, amma A Seriyası artıq avqustda başlayacaq”, deyə Qasperini vurğulayıb.
Xatırladaq ki, İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümü avqust ayının 23-də başlayacaq. 1-ci tur çərçivəsində “Roma” “Olimpiko”da “Bolonya”nı qəbul edəcək.


