Qasperini UEFA Super Kubokunda “Real”a məğlubiyyəti şərh etdi

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandasının UEFA Super Kubokunda “Real”a məğlubiyyətini (0:2) şərh edib.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən yaxşı oyun göstərəcəyimə və “Real”ı çətin vəziyyətə salacağıma əmin idim. Onların qolundan sonra oyun açıq surətdə dəyişdi. Xüsusən də vurduqları ikinci qolun qarşısını almaq olardı. Sonda onlar, şübhəsiz ki, qələbəyə layiq idilər…

Biz oyuna yaxşı başladıq. Qol vurmaq üçün əla fürsətimiz oldu. Mario Paşaliç az qala topu tora qovuşdurmuşdu, amma Tibo Kurtua bundan xilas etdi. Sonra imkanını əldən vermiş Ademola Lukman üçün də çox vacib məqam yaşandı.

Belə oyunlarda kim birinci qol vursa, daha çox üstünlük qazanır. Qarşılıqlı mübarizə aparmaq çətinləşir, çünki əks-hücum təhlükəsi var. Mən komandamla fəxr edirəm. Həm də uşaqlara acıyıram, çünki qənimət qazanmaq üçün müvafiq fürsətlər çox nadir hallarda olur”, deyə Qasperini vurğulayıb.

Xatırladaq ki, “Real” tarixində 6-cı dəfə UEFA Super Kubokunun qalibi olub ki, bu da mütləq rekorddur.