Marsel “Olimpik”inin italyan baş məşqçisi Cennaro Qattuzo komandanın məşqlərində gərgin və aqressiv üslubu təbliğ edir.
Arena.az bu barədə “L’Equipe” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, italiyan mütəxəssis məşq zamanı futbolçularını vurur, amma bu, aqressiya və ya məyusluq əlaməti deyil. Müvafiq davranış, oyunçularını məşqlərdə göstərdikləri müsbət məhsuldarlığa görə təbrik etmək üçün bir üsul olaraq görülür. Qattuzonun məşqlərdə daha çox “vəhşi” üslubunu bəyəndiyi də vurğulanır.
Marsel təmsilçisi son oyununda Liqa 1-in 7-ci turu çərçivəsində “Monako”ya 2:3 hesabı ilə məğlub olub. Hazırda “Olimpik” 7 oyundan 9 xalla turnir cədvəlinin 8-ci pilləsindədir. 7-ci tura hələ yekun vurulmadığını nəzərə alsaq, bu komandanın mövqeyini itirə biləcəyi gerçəkdir.
Cennaro Qattuzo Fransa nəhəngi ilə bir illik müqavilə imzalayıb. Müqavilənin müddətinin daha bir il uzadılmasının mümkünlüyü barədə də razılıq əldə olunub. Buna qədər italyan mütəxəssis “Valensiya”nı çalışdırıb.