Qavi: “Real” kimi istəyir, imzalasın, bu, bizi narahat etmir”

“Barselona”nın yarımmüdafiəçisi Qavi ingilis yarımmüdafiəçi Cud Bellingemin “Real”a transferinə münasibət bildirib.

Arena.az “Sport”a istinadən Qavinin bu xüsusda sözlərini diqqətinizə çatdırır:

“Real” kimi istəsə transfer edə bilər, bu, məni bir o qədər də narahat etmir. Bütün diqqətimizi özümüzə yönəltmişik, yaxşı komandamız var.

“Barselona” iqtisadi baxımdan çətin günlər yaşayır, lakin akademiya oyunçuları zamanında yüksək səviyyəyə çatıblar”.

Qavi Barselonanın məzunudur. O, 2022/2023 mövsümündə “Barselona”nın heyətində 49 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə ilə fərqlənib, La Liqa və İspaniya Super Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı Qavini 90 milyon avro məbləğində qiymətləndirir.