Qılıncoynatma: Millimizin AÇ və Avropa Oyunları üçün heyəti

21 iyun – 2 iyulda Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında iştirak edəcək qlıncoynatma üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan millisi mötəbər yarışda aşağıdakı heyətlə mübarizə aparacaq:

Sablya, qadınlar: Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova, Palina Kaspiaroviç.

Sablya, kişilər: Saleh Məmmədov, Ayxan Xasıyev, Murad Əkbərov, Maqsud Hüseynli.

Şpaqa, kişilər: Kənan Əliyev, Barat Quliyev, Ruslan Həsənov.

Xatırladq ki, 39 ölkədən 467 qılıncoynadanın qatılacağı turnirdə iştirakçılar şəxsi və komanda yarışlarında mübarizə aparacaqlar. Qılıncoytma üzrə yarışlar 25-30 iyunda keçiriləcək.

Yeri gəlmişkən, qılıncoynatma üzrə Azərbaycan milli komandasının Bolqarıstanın Plovdiv şəhərində şəxsi yarışlar üzrə keçiriləcək Avropa çempionatı üçün də heyəti açıqlanıb.

Federasiyadan verilən məlumata görə, qitə çempionatında ölkəmizi ümumilikdə 7 idmançı təmsil edəcək.

Qadın sablyaçıların şəxsi yarışında Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç mübarizə aparacaqlar.

Kişi şpaqaçıların şəxsi mübarizəsində isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov qüvvəsini sınayacaqlar.

Xatırladaq ki, Avropa çempionatı 16-19 iyunda keçiriləcək.