Bu mövsüm Azərbaycan Premyer Liqasındakı yerini çətinliklə qoruyan “Səbail” hücumçusu Qoba Zakpa ilə də yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub rəhbərliyi sözügedən futbolçu ilə yolları ayırmaq barədə qərar qəbul edib.
Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Qobaya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Qoba Zakpa 2022-ci ilin iyul ayından “Səbail”in uğurları üçün çalışırdı. Portuqaliya və Fil Dişi Sahili vətəndaşlığına malik olan 30 yaşlı forvard “dənizçilər”in heyətində 33 oyuna çıxıb. O, bu görüşlərdə 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
“Səbail” Zakpadan öncə bu gün Qustavo de Fransa və Luvaqa Kizito ilə də yollarını ayırdığını açıqlamışdı.