Qolu paçasından yapışmaqla qeyd edən futbolçu cəzalandı – Video

Yarışlar üzrə Komitə “Saraqosa”nın sol vingeri Viktor Molyexonun barəsində intizam tədbiri kimi oyun və pul cəriməsi tətbiq edib.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

İspaniya Sequndasının 5-ci turu çərçivəsində “Kartaxena” ilə səfər oyununda “Saraqosa” rəqibini 3:1 hesabı ilə məğlub edib. Həmin oyunda komandasının 3-cü qolununu əsas vaxta əlavə edilmiş 2-ci təzminat dəqiqəsində vurmuş Viktor Molyexo cuşə gələrək, vurduğu qolu paçasından yapışıb biədəb surətdə qeyd etməsi ilə diqqət çəkib.

Yarışlar üzrə Komitə idmançıya yaraşmaz biədəb davranışına görə Molyexonun 1 oyunluq cəzalandırılması, həmçinin 600 avro məbləğində cərimələnməsi haqda müvafiq qərar qərar qəbul edib.

Vurğuayaq ki, bu məqamdan sonra Molyexo belə bir davranışdan inciyə biləcək bütün insanlardan üzr diləyərək, müfaviq davranışların nümayiş etdirilməsinin onun tərbiyəsinə zidd olduğunu da bildirmişdi.

Viktor Molyexo “Saraqosa”da Madrid “Atletiko”sundan icarə əsasında çıxış edir. Cari ilin avqustunda Molyexonun icarə müqaviləsinin müddəti uzadılaraq. 2024-cü ilin iyun ayının sonuna təyin edilib.

Cari mövsümdə Molyexo “Saraqosa”nın heyətində 14 oyuna 3 qol vurub.

Molyexo İspaniyanın U-16, U-17, U-18, U-19 yığmalarında oyun təcrübəsinə malikdir. “Paçabaz” İspaniyanın U-19 yığması ilə 2019-cu il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı Viktor Molyexonu 3 milyon avro məbləğində qiymətləndirir.