“Qranada” baş məşqçisi ilə yollarını ayırdı

İspaniyanın “Qranada” klubu baş məşqçisi Dieqo Martineslə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssis rəhbərliyə müraciət edərək postundan getmək istədiyini diqqətə çatdırıb. Klub rəhbərliyi də onun istefasını qəbul edib. “Qranada” məşqçiyə xidmətlərinə görə təşəkkür edib.

Dieqo Martines 2018-ci ilin yayından “Qranada”ya rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 146 matça çıxarıb. Bu görüşlərdən 69-unda qələbə qazanan “Qranada”, 30 heç-heçəyə razılaşıb, 47 məğlubiyyətə üzülüb. Komanda La Liqada geridə qalan mövsümü 9-cu sırada bitirib.