“Qranada” “Zalsburq”un polşalı mərkəz müdafiəçisi Kamil Pyontkovskini cari mövsümün sonuna qədər icarəyə götürüb.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istnadən məlumat verir.
Transferin maliyyə təfərrüatı açıqlanmayıb.
Pyontkovski Polşanın “Karpatı” klubunun yetirməsidir. Müdafiəçi “Zaqlembe” (Lyubin), “Rakuv”, “Zalsburq” və “Gent” klublarının heyətində çıxış edib.
Cari mövsümün birinci yarısında Pyontkovski “Zalsburq”un heyətində 10 oyuna çıxıb, 1 qol vurub.
Kamil Pyontkovski 2021-ci ilin martında debüt etdiyi Polşa yığmasının heyətində 3 oyun keçirib, 1 məhsular ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı polşalı mərkəz müdafiəçisi Kamil Pyontkovskinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Pyontkovskini heyətinə qatan “Qranada” bir futbolçusu ilə də yollarını ayırıb. Belə ki, ispan sol vinger Alberto Perea azad agent qismində İspaniya klubundan ayrılaraq, Kipr təmsilçisi “Anortosis”ə qoşulub. Bu barədə “Anortosis”in rəsmi saytı məlumat yayıb.
Vurğulanır ki, ispan futbolçu La Liqa təmsilçisinin oyun tərtibatına uyğun gəlmədiyi üçün klub Perea ilə müqaviləsini yeniləməyib. Pereanın “Anortosis”lə müqaviləsinin maliyyə təfərrüatı açıqlanmayıb. Həmçinin, müqavilənin müddəti haqda məlumat verilməyib. Bu məlumatların sonradan açıqlanacağı bildirilir.
Cari mövsümün ilk yarısında Perea “Qranada”nın heyətində cəmi 3 oyun keçirib, 75 dəqiqə meydanda olub.
Alberto Perea “Albasete”nin yetirməsidir. İspan vinger karyereası ərzində Madrid “Atletiko”sunun “B” komandasında, “Rayo Valyekano”da, “Lyaqostera”da, “Olot”da, “Barselona”nın “B” komandasında, “Kadis”də, “Estremadura”da çıxış edib.
“Transfermarkt” internet-portalı 33 yaşlı ispan sol vinger Alberto Pereanın transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.
