“Qranada” və “Las Palmas” komandaları 2023/2024 mövsümündən etibarən İspaniya La Liqasında mübarizə aparmaq hüququ qazanıblar.
Arena.az xəbər verir ki, ötən gecə İspaniya Sequndasında 2022/2023 mövsümünün əsas hissəsinə yekun vurulub.
42 turun nəticələrinə görə “Qranada” və “Las Palmas” La Liqaya vəsiqəni rəsmiləşdiriblər.
“Qranada” ev uyununda “Leqanes”i 2:0 hesabı ilə məğlub edərək 75 xalla Sequndanın qalibi olub. Paralel oyunda isə “Las Palmas” “Alaves”lə qolsuz heç-heçə oynayıb. Bu, “Las Palmas”a 72 xalla ikinci sıranı təmin etmək üçün kifayət edib.
La Liqada iştirak hüququ verən sonuncu – üçüncü vəsiqə uğrunda isə dörd klub mübarizəni davam etdirəcək. Bunlar müvafiq olaraq 3-6-cı yerləri bölüşən “Levante” (72 xal), “Alavas” (71 xal), “Eybar” (71 xal) və “Albasete” (67 xal) klublarıdır.
Adı çəkilən komandalar pley-off oyunlarında üz-üzə gələcəklər. Yarımfinal görüşləri 3 və 7-8 iyunda keçiriləcək. 11 və 17 iyunda baş tutacaq finalın qalibi növbəti mövsümdə La Liqada çıxış etmək hüququ əldə edəcək.