Azərbaycan Premyer Liqasında çıxış edən Luka Quqeşaşvili, Solomon Kvirkveliya və Davit Volkov Gürcüstan millisinə dəvət alıblar. Arena.az xəbər verir ki, sözügedən yığmanın baş məşqçisi Villi Sanyol qarşıdakı oyunlar üçün 25 futbolçuya dəvət göndərib.
Fransadan olan mütəxəssis Azərbaycan Premyer Liqasında çıxış edən legionerləri də milliyə çağırıb. Belə ki, “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili, “Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya və “Sabah”ın hücumçusu Davit Volkov da milliyə dəvət alıblar.
Xatırladaq ki, Gürcüstan milli komandasını qarşıdakı Monqolustanla yoldaşlıq matçı, Norveçlə isə AÇ-2024-ün seçmə mərhələ oyunu gözləyir. Bu qarşılaşmalar müvafiq olaraq martın 25-də və 28-də keçiriləcək. Hər iki matç Batumidə baş tutacaq.


