“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Sumqayıt”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“İyulun 22-nə qədər komandanı tam hazır etmək istəyirik. Məşqlərimiz düşündüyümüz kimi gedir. Futbolçular bu il daha yaxşı istirahət etdilər. Toplanışa daha istəkli gəliblər. Həqiqətən hər məşqdən sonra inamlı oluram. Bakıda iki oyun keçirdik, futbolçulardan istədiyimizi ala bildik. Sadəcə, bu gün iki fərqli 45 dəqiqə oynadıq. Hər oyunun müəyyən faydası olur və çatışmayan cəhətləri görürsən. Çalışırıq ki, yaxşı cəhətləri daha da yaxşılaşdıraq və çatışmazlıqları aradan qaldıraq. Bakıdakı toplanış zamanı keçirdiyimiz iki oyundan razı qaldım”.


