Qurban Qurbanov: “Həm oyundan, həm də nəticədən razı qaldım”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri matçı şərh edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Vacib qələbə qazandıq. Hər iki komanda istəkli idi. Hesabda 2:0 öndə olsaq da, ikinci hissə çətin oldu. Həm oyundan, həm də nəticədən razı qaldım. Oyunun tempinin düşməməsi futbolçulara yaxşı təsir edəcək. Rəqibə uğurlar arzu edirəm. “Zirə”yə qarşı oynamaq asan deyil.

Abdullah Zubir neçə gün idi özünü yaxşı hiss etmirdi. Ona görə bu gün ilk dəqiqələrdən meydanda deyildi. Bu oyunda zədə alan Xayme Romeronun vəziyyətinin nə dərəcədə ağır olduğu isə hələ bilinmir.

Çempionluq şansımız? Hər oyun bizim üçün vacibdir. Çempionluq üçün mübarizə aparırıqsa, qazanılan hər xal vacibdir. “Neftçi” ilə illərdir rəqabətdəyik. Bu il çox ciddi mübarizə gedir. Qarşıdakı oyunlarda hamı xal itirə bilər. Son tura qədər mübarizə aparacağıq. Qismət olarsa, çempionluq bizim olacaq.

Rəşad Sadıqovun komandası bu gün çox aqressiv idi? Biz Rəşadla özümüz futbol oynayanda aqresivlik olurdu. Rəşadın çalışdırdığı komanda da aqressivdir. “Qarabağ”a qarşı oyunlarda komandalar özünü yaxşı tərəfdən göstərmək istəyir. Rəşad məşqçiliyə başlayandan çempionat daha fərqli olub. Aqressiya, dinamika artıb. O, mənə nəyisə göstərmək üçün etmir. Sadəcə, doğru nəyi bilirsə, onu edir”.