Qurban Qurbanov Qəbələdəki qələbəni şərh etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri cavab oyununu (3:0, ilk oyun 3:1) şərh edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk oyunda 3:1 hesabıyla qalib gəlməyimizə baxmayaraq, futbolçularımızda yenə də qələbə istəyi var idi. Komanda oyun nizamını qorumağa çalışırdı. Futbolçuları təbrik edirəm. Minimum tapşırığı yerinə yetirdilər. “Qəbələ”yə isə uğurlar arzulayıram”.

Xəbəri sosial şəbəkələrdə paylaş: